Batma təhlükəsi ilə üzləşən beş nəfər xilas olunub.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Dübəndi” sularda xilasetmə məntəqəsinin ərazisində, “Bilgəh” və “Qobustan” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən beş nəfər xilas edilib.