Lənkəranda quldurluq edib Bakıda gizlənən şəxs yaxalandı
Lənkəranda quldurluq edərək paytaxt ərazisində gizlənən şəxs saxlanılıb.
 
Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən bildirir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində gecə saatlarında iki yanacaqdoldurma məntəqəsinə daxil olaraq quldurluq əməli törətməkdə şübhəli bilinən rayonun Daşdatük kənd sakini Tərlan Şəfəqqətov müəyyən edilərək saxlanılıb.
 
Belə ki, həmin şəxs oktyabr ayının 1-də gecə saatlarında Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olub və quldurluq yolu ilə orada çalışan şəxsdən 350 manat pul və mobil telefonunu alaraq hadisə yerindən uzaqlaşıb. Bundan bir neçə gün sonra T.Şəfəqqətov gecə saatlarında Lənkəran rayonu ərazisində yerləşən digər bir yanacaqdoldurma məntəqəsinə daxil olub. Həmin obyektdə operator kimi çalışan şəxsdən pul tələb etdikdən sonra bıçaqla ona xəsarətlər yetirib. Quldurluq faktlarını törətmiş şəxsin şəxsiyyətinin müəyyən olunması və tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Şəfəqqətov gizləndiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki ünvanda saxlanılaraq istintaqa təqdim edilib.
 
Faktla bağlı araşdırma aparılır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.