Koronavirusun yeni ştamının yoluxuculuq qabiliyyəti yüksəkdir
ÜST NÜMAYƏNDƏSİ

“COVID-19-un yeni EG.5 ştamı dünyada geniş yayılsa, Azərbaycanda da yoluxma halları baş verəcək”.


Bunu Naxçıvanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.


ÜST rəsmisi bir müddətdir COVID-19-a yoluxma saylarında nisbətən artım olduğunu deyib: “İnsanlar təşvişə düşmədən özlərini qorumağa davam etmələridirlər. Azərbaycan da qlobal dünyanın bir hissəsidir. Ona görə də qlobal dünyada nə baş verirsə, Azərbaycana da təsir edəcək. Əgər EG.5 ştamı dünyada geniş yayılsa, Azərbaycana da gələcək”.


H.Harmancı onu da bildirib ki, pandemiya dövründə Azərbaycan səhiyyə sahəsini səfərbər edə bilib: “Ölkə bununla vacib işlər görməyi bacardı. Yeni ştamlara qarşı görüləcək tədbirlər də əvvəlki kimidir. Məsələn, gigiyena qaydalarına düzgün riayət etmək. Özümüzü yaxşı hiss etmiriksə evdə qalmaq, maskadan istifadə etmək. Yeni EG.5 ştamının yoluxuculuq qabiliyyəti yüksəkdir, lakin bildiyimiz qədər ağır nəticələri olmur”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.