
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.
Məlumata görə, Samux rayon sakini Mirzə Rzayev 8 noyabr Zəfər Günündə qohumuna məxsus “VAZ 2106” markalı avtomobillə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edərək yol nəqliyyat-hadisəsi törədib, hadisə yerindənn yayınıb və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşıb.
Həmin şəxs barəsində DYPŞ-də inzibati qaydada protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Rzayevə 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 30 sutkalıq inzibati həbs cəzası verilib.



