Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının Qazax Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirdiyi tədbir nəticəsində Qazax rayonu, Aşağı Salahlı kənd sakini, 1995-ci il təvəllüdlü Süleymanov Turan Əli oğlu saxlanılıb.Senzor.az bildirir ki, bu barədə Penitensiar Xidmətdən məlumat veriblər.
Qeyd edilir ki, o, istintaq orqanına təhvil verilib. T.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə axtarışda olub.