Sentyabrın 28-də müalicə aldığı xəstəxanada vəfat edən millət vəkili Qənirə Paşayevanın məzarından görüntülər yayılıb.
Metbuat.az xəbər verir ki, fotonu deputat Arzu Nağıyev paylaşıb.
O, fotoya “30.09.2023. Əziz Qənirə xanımın son mənzili... Nur içində yat, doğma insan!” sözlərini yazıb.
Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
O, sentyabrın 29-da II Fəxri Xiyabanda torpağa tapşırılıb.