Elm və təhsil naziri Emin Əmrullayev Müəllimlər günündə ilk müəllimi ilə görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə nazir "Facebook" səhifəsində paylaşım edib.
"Gülzar müəllimə - ilk müəllimim. Mənə ana dilimdə oxumağı və yazmağı öyrətmiş, Vətən sevgisini aşılamış və ətrafda baş verənlərə laqeyd qalmamağı bir dəyər kimi formalaşdırmış insan!
Müəllimlər günündə bir daha sizə təşəkkürümü bildirirəm, əziz və sevimli Gülzar müəllimə!!! Bayramınız mübarək!!!".