Bu gün Ankarada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin notariat palatalarının sədrləri tərəfindən "Türk Dünyası Ölkələri Notariatları İttifaqı"nın yaradılması haqqında memorandum imzalanıb.
Bu barədə Qazaxıstan Ədliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, imzalama mərasimində Qazaxıstan, Türkiyə, Özbəkistan, Azərbaycanın ədliyyə nazirləri, Qırğızıstanın ədliyyə nazirliyinin müavini və TDT-nin baş katibi iştirak edib.
Qazaxıstanın ədliyyə naziri Azamat Yeskarayev birgə çıxışında Türk dünyası ölkələri arasında hüquqi sahədə inkişaf və əməkdaşlığın əhəmiyyətini qeyd edib.
TDT-nin baş katibi Kubanıçbek Omuraliyev də öz növbəsində Notariuslar İttifaqının yaradılmasının TDT ölkələrində sabitliyinin möhkəmlənməsi, eləcə də hüquq və maraqların müdafiəsi üçün mühüm vasitə olacağını vurğulayıb.
Tədbirin iştirakçıları notariat sahəsində əməkdaşlıq məsələlərini, eləcə də qarşılıqlı əlaqələrin daha da gücləndirilməsini və hüquqi xidmətlərin inkişafını müzakirə edib.
Tədbir çərçivəsində Qazaxıstanın ədliyyə naziri Azamat Yeskarayev Azərbaycan, Türkiyə və Özbəkistanın Qazaxıstanın ədliyyə nazirləri Fikrət Məmmədov, Yılmaz Tunc və Əkbər Taşkulovla ikitərəfli görüşlər keçirib.
Xatırladaq ki, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan Türk Dövlətləri Təşkilatının üzvləridir.(Trend)