Paytaxtda hərəkətdə olan avtomobildə odlu silah və psixotrop maddə aşkarlanıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə dövlət qeydiyyat nişanı vurulmadan, etibarnaməsiz idarə edilən “Chevrolet Aveo" markalı avtomobil saxlanılıb.
Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Samir Əmirovun idarə etdiyi həmin avtomobildən 1 ədəd "Makarov" konstruksiyalı PM modelli tapança, 1 ədəd daraq, 1 ədəd patron və 1 büküm 4,474 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
S.Əmirov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.