İsraildə HƏMAS-ın hücumları nəticəsində həlak olan Azərbaycan əsilli şəxslərin adları məlum olub.
Senzor.az XİN-ə istinadən bildirir ki, həlak olanlardan Elkin Nəzərovun ikili vətəndaşlığı olub.
O, dünən Kıryat Yamda dəfn edilib.
Digər üç nəfər - Şamil Abbasov, Emin Axundov və Roman Qandel isə İsrail vətəndaşlarıdır.
İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd edilib ki, həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2700-dən çox insan yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.