Neftçala rayonunun Xəzər kənd sakini, 1976-cı il təvəllüdlü Qızqayıd Xəlilova yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar edib.
Senzor.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bildirir ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.