Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə Şərur rayonu, Çomaxtur kəndində su kanalında müşahidə olunan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, Naxçıvan FHN-in Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin müvafiq xilasetmə qüvvələri dərhal çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.