Azərbaycana xarici aviaşirkətlərin gəlməməsinin səbəbi açıqlanıb

Azərbaycana xarici aviaşirkətlərin gəlməməsinin səbəbi açıqlanıb.


Yerli KİV xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib ki, ümumiyyətlə, regiondakı hava limanlarının, o cümlədən istər Qəbələ, istərsə də Zəngilan hava limanlarının inkişafı ilə bağlı işlər aparılır.


“Biz bir-bir bütün böyük aviaşirkətlərə dəvətlər göndəririk. Biz gözləmirik ki, hansısa şirkət Azərbaycana gəlsin, özümüz birbaşa onlarla uçuşlar aparmaları ilə bağlı şərait yaradılması üçün danışıqlara başlayırıq. Onlarda niyə marağın olmamasına gəlincə, bu, ilk növbədə turist axını ilə bağlıdır. Dünyada bütün hava yolları, eyni zamanda, AZAL yeni reys açmamışdan qabaq xüsusi bir sistem vasitəsilə iki məntəqə arasında sərnişin axınına baxır. Əgər bu yoxdursa, heç bir halda ora təyyarə uçuşlarının olması sərfəli deyil. Təbii ki, bunun digər səbəbi ölkələrin viza rejimi ilə bağlıdır.


Vizasız gediş-gəliş varsa, sərnişin artımı da çox olur, bu da öz növbəsində qiymətlərə təsir edir. Bu gün biz xarici aviaşirkətləri, o cümlədən loukosterləri Azərbaycana dəvət edirik ki, Azərbaycan vətəndaşları üçün ən azından həm qiymət, xidmət səviyyəsi baxımından müxtəlif seçimlər olsun”, – nazir müavini vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.