HƏMAS-ın siyasi bürosunun ilk qadın üzvü öldürülüb.
"Times of Israel" xəbər verir ki, bu barədə Qəzzada HƏMAS-a bağlı media orqanları məlumat yayıb.
Bildirilib ki, HƏMAS-ın həmtəsisçisi Əbdül Əziz ər-Rantisinin həyat yoldaşı və təşkilatın siyasi bürosuna seçilən ilk qadın Cəmilə əl-Şanti İsrailin hava hücumunda öldürülüb.
Onun bu gün səhər saatlarında öldüyü qeyd olunub.
Əl-Şanti 2021-ci ildə HƏMAS-ın ən yüksək qərar qəbuledici orqanı olan siyasi bürosuna seçilən ilk qadındır.
Onun həyat yoldaşı Rantisi 2004-cü ildə İsrailin hava hücumu nəticəsində öldürülüb.