Telman İsmayılova qarşı daha bir cinayət işi açıldı - RUSİYA MƏTBUATI
Moskvada iş adamına, 185 milyondan çox ziyan vurmaqla qəsdən müflis etməyə görə cinayət işi açılıb.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi məlumat yayıb. 
 
“Noyabrın 16-da Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin müstəntiqi 1956-cı il təvəllüdlü Moskva sakini barəsində Cinayət Məcəlləsinin 196-cı maddəsi ilə (“Qəsdən müflisetmə”) cinayət işi açıb”, - deyə məlumatda qeyd edilir. 
 
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayət işi açılan şəxs azərbaycanlı iş adamı Telman İsmayılovdur.
 
İstintaqın məlumatına görə, 2012-ci ilin sentyabrında şirkətlə bank arasında kredit müqaviləsi bağlanıb və bu müqaviləyə əsasən, borcalana 185 milyon dollardan çox vəsait verilib. 2013-cü ilin fevral ayında bankla sahibkar arasında zaminlik müqaviləsi bağlanıb və ona əsasən zamin bank qarşısında tam şəkildə cavab verməyi öhdəsinə götürüb.
 
“2013-cü ilin avqust ayında bir şəxs ianə müqavilələri əsasında Moskvada yerləşən iki mənzili nəvəsinə verib, 2015-ci ildə isə Naro-Fominsk və Odintsovo şəhər rayonlarında yerləşən ümumi dəyəri 335 milyon rubl olan 4 torpaq sahəsini və iki yaşayış binasını özgəninkiləşdirib. Beləliklə, haqqında cinayət işi açılan şəxs açıq şəkildə kreditorların pul öhdəlikləri üzrə tələblərini tam təmin edə bilməməsinə səbəb olan şərait yaradıb”, - deyə məlumatda qeyd edilib. 
 
Bildirilir ki, 2017-ci ilin martında bankir məhkəmə tərəfindən müflis elan olunub və ona qarşı əmlakın satışı proseduru tətbiq edilib. Sonradan həmin məhkəmə tərəfindən mənzillərin bağışlanmasına dair müqavilələr, habelə əmlakın özgəninkiləşdirilməsi ilə bağlı əqd etibarsız sayılıb.
 
Xatırladaq ki, Telman İsmayılov və qardaşı Vaqif beynəlxalq axtarışa verilib. Rusiyada onlar qətldə və qanunsuz silah alverində ittiham olunublar və məhkəmə onları qiyabi həbs edib. İstintaq Telman İsmayılovu iki sahibkarın qətlinin təşkilatçısı hesab edir, cinayəti törədən Mehman Kərimov isə 13 il həbs cəzası alıb. 
 
T.İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb. Rusiya Baş Prokurorluğu Monteneqronun Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinə iş adamına sığınacaq verilməsi qərarının ləğvi üçün müraciət göndərib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.