ABŞ-ın paytaxtı Vaşinqtonda magistr təhsili alan BMU-nun məzunu Nicat Hüseynov keçirdiyi yol-nəqliyyat hadisəsindən sonra müalicə aldığı Corc Vaşinqton Universitetinin hospitalında vəfat edib.
Senzor.az bildirir ki, bu barədə “Azərbaycan Universitetləri” “Facebook” səhifəsində paylaşım edib.
“Gələcəyimizin ən yaxşı mühəndislərindən birini itirdik. Nicat 92,85 ortalama ilə BMU-nun kompüter mühəndisliyi ixtisasından məzun olub”, - deyə paylaşımda bildirilib.