2021-ci ilin oktyabr ayı ərzində Bakı və Sumqayıt tibbi ərazi bölmələrinin əhalisinə 897 mindən çox tibbi xidmət göstərilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğuna Kliniki Tibbi Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası və Respublika Perinatal Mərkəzi daxildir.
Ötən ay ərzində Bakı və Sumqayıt Tibbi ərazi bölmələri üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, zədələr və zəhərlənmələr, mamalıq və ginekologiya və sinir sistemi xəstəlikləri ilə bağlı olub.