İcra Hakimiyyəti Gəncədə küçəyə atılan azyaşlı bacı-qardaşla bağlı məlumat yayıb.
Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, oktyabrın 21-də Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu iki yaşlı oğul, bir saat sonra isə üç aylıq qız nəvəsini Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına gətirərək ərazini tərk edib.
"O, nəvələrinə qayğı göstərə bilmədiyini əsas gətirərək, onların dövlət müəssisəsinə yerləşdirilmələrini istəyib. Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər Baş Polis İdarəsinin və “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin əməkdaşları tərəfindən uşaqlar nəzarətə götürülüb. Qanuna müvafiq qaydada onlar Gəncə Şəhər Uşaq Xəstəxanasına yerləşdiriliblər. Yaxın günlərdə isə uşaqların qanuna müvafiq qaydada dövlət müəssisəsinə yerləşdirilməsi təmin olunacaq", Gəncə İH-dən bildirilib.