Gəncədə nənələrinin küçəyə atdığı azyaşlı bacı-qardaş Bakıya göndərilib

Gəncədə nənələri tərəfindən küçəyə atılan azyaşlılar Bakıdakı uşaq evinə göndərilib.


Senzor.az xəbər verir ki, 2 yaşlı Miryusif Cəlilov və 4 aylıq Mələk Cəlilova bu gün Gəncədəki 2 saylı Uşaq Xəstəxanasından təcili tibbi yardım maşınında, xüsusi olaraq ayrılmış tibb işçisinin iştirakı ilə Bakıda yerləşən körpələr evinə yola salınıb.


Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata görə, 21 oktyabr tarixində səhər saatlarında Gəncədə yaşayan Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu 05.04.2021-ci il təvəllüdlü oğul nəvəsini İH inzibati binasının qarşısında tərk edib gedib. Bir neçə dəqiqə sonra 16.07.2023-cü il təvəllüdlü qız nəvəsini də gətirərək İH əməkdaşlarına verib.


Gəncə İH başçısı Aparatının, Gəncə Şəhər Baş Polis İdarəsinin və Sosial Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə təcili tibbi yardım çağırılıb və hər iki uşaq Akt əsasında “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Uşaq Xəstəxanasına yerləşdirilib.


Uşaqların anası Cəlilova İlahə Natiq qızının narkotik aludəçisi olduğu, yaşadıqları evin tam şəraitsizliyi, ailənin sosial durumunun ağırlığı və nənənin uşaqlara baxmaq istəməməsi nəzərə alınaraq, Gəncə İH tərəfindən uşaqların sosial müəssisəyə yerləşdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilib.


Gəncə şəhər Körpələr evi təmirə dayandığı üçün uşaqların Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində yerləşən körpələr evlərindən birinə yerləşdirilməsi barədə qərar verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.