Milli Məclisdə qadın və uşaq hüquqları üzrə qanunvericiliklə bağlı ictimai dinləmə keçirilib - YENİLƏNİB

Milli Məclisdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçirilib.


Senzor.az-ın xəbərinə görə, ictimai dinləmə parlamentin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitələrinin birgə təşkilatçılığı ilə baş tutub.


Dinləmədə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, deputatlar, QHT və media nümayəndələri iştirak ediblər.


Dinləmədə məişət zorakılığı, erkən yaşda evlilik, selektiv abortlar, qadın və uşaq cəzaçəkmə müəssilərindəki vəziyyət, qadın və uşaq problemlərinin qarşısının alınması ilə bağlı gələcəkdə də atılacaq addımlar, həmçinin bu qəbildən olan bir sıra məsələlər müzakirə edilib.

**12:39

"Azərbaycan selektiv abortlara görə dünya ölkələri arasında liderlik edir. Əgər, bu tendensiya dəyişməsə, 2050-ci ildə ölkəmiz müəyyən problemlərlə üz-üzə qalacaq".


Bunu BMT Əhali Fondun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə deyib.


O həmçinin xatırladıb ki, Azərbaycan cins seçiminə görə dünyada Çini də keçərək birinci yerdə qərarlaşıb: "Bu baxımdan ölkədə maarifləndirmə aparılmalı, eləcə də qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir”.

**11:56

"Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var".


Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda oktyabrın 27-də parlamentdə keçirilən birgə dinləmədə səsləndirib.


Komitə sədri diqqətə çatdırıb ki, həm həyatımız, həm də dünyada gedən proseslər ölkəmizdə qadınların hüquqlarının mexanizmlər və hüquqi aktlarla daha da möhkəmləndirilməsini tələb kimi qarşıya qoyur.


Gender bərabərliyinə münasibətdə Azərbaycanda vəziyyətin digər ölkələrlə müqayisədə müsbət olduğunu diqqətə çatdıran Bahar Muradova cinsi zorakılığa görə cəzaların sərtləşdirilməsinin vacibliyini qeyd edib.


“Qadınların hüquqlarının qorunması istiqamətində məhdudiyyət yaradan amillər aradan qaldırılmalıdır”, - deyə dövlət komitəsinin sədri bildirib.

**11:46

Milli Məclisdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçirilir.


Senzor.az-ın xəbərinə görə, ictimai dinləmə parlamentin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitələrinin birgə təşkilatçılığı ilə baş tutur.


Dinləmədə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, deputatlar və media nümayəndələri iştirak edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.