"Erkən nikahlar qız uşaqlarını təhsildən ayırmaqla cəmiyyətin gələcəyinə böyük zərbə vurur"
QHT sədri

"Erkən nikahlar qız uşaqlarını təhsildən ayırmaqla cəmiyyətin gələcəyinə böyük zərbə vurur".

Senzor.az xəbər verir ki, bunu “Azərbaycan Maarifçi Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Mərziyyə Aslan bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erkən nikah və onun fəsadları” layihəsi çərçivəsində maarifləndirmə tədbirlərini başa vurub: "Layihə çərçivəsində keçirilən 10 təlimdə Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb kollecinin 100 tələbəsi iştirak edib. Təlim iştirakçıları həmçinin maarifləndirici təbliğat materialları ilə təmin edilib. Layihəmizin başlıca məqsədi erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də azyaşlı qızlarımızın gələcək həyatı üçün təhdid olmasını, onların fiziki və psixoloji sağlamlığına təhlükə yaratmasını aşılamaqdır. Bir çox hallarda erkən nikahlar qız uşaqlarını təhsildən ayırmaqla cəmiyyətin özünün gələcəyinə böyük zərbə vurmuş olur”.

M.Aslan deyib ki, 1989-cu il Uşaq Hüquqları Konvensiyasına əsasən 18 yaş nikaha daxil olmaq üçün minimum hədd kimi müəyyən edilib. Azərbaycanda da Ailə Məcəlləsinə əsasən evlilik yaşı 18 yaşdır və ölkədə bununla bağlı kifayət qədər maarifləndirmə işi aparılır: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, təkcə ötən il ölkəmizdə 269 erkən nikahın qarşısı alınıb. Buna baxmayaraq, erkən nikahların hələ də mövcud olması narahatlıq doğurur”. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.