Saray qəsəbəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış sakinin xilası üçün FHN-ə müraciət edilib.
“Qafqazinfo” xəbər verir ki, dərhal ünvana gələn FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri xüsusi xilasetmə vasitələrindən istifadə edərək 13 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq bağlı qapı arxasında halsız vəziyyətdə qalmış yaşlı vətəndaşı xilas ediblər.