Xalq artisti Zeynəb Xanlarova ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan Bakı Musiqi Forumunum açılış mərasimində iştirak edib.
Kult.az xəbər verir ki, Zeynəb Xanlarova Gülüstan Sarayında keçirilən açılış mərasimində görüntülənib.
O, media nümayəndələrinin sualını cavablandırmaq istəməyib: "Mən danışıram, başqa cür yazırsınız. Bağışlayın, mən danışmaq istəmirəm. Evdə söz vermişəm ki, danışmayacam".