"Hazırda ölkədə koronavirusla əlaqəli vəziyyət stabildir" - TEYMUR MUSAYEV
YENİLƏNİB

"Hazırda ölkədə koronavirusla əlaqəli vəziyyət stabildir".


Senzor.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.


Nazirin sözlərinə görə, yoluxma sayları da azdır: "Bütün aidiyyəti səhiyyə qurumları bu məsələyə ciddi nəzarət edir. Hər hansı şübhəli hadisə baş verən zaman analizlər laboratoriyaya göndərilir, lazım olanda həmin şəxs xəstəxanaya yerləşdirilir. Bu gün koronavirusla əlaqəli ölkədə heç bir narahatlıq yoxdur".


T.Musayev əlavə edib ki, COVID-19-la əlaqəli ölkədə yetərincə vaksin ehtiyatı var: "Vaksin edilməyən insanlara da çağırış edirəm ki, peyvənd olunsunlar. Hələ gec deyil, hər kəsdən vətəndaş məsuliyyətini dərk etmələrini xahiş edirəm. Ölkədə, demək olar ki, vaksinasiya prosesi uğurla başa çatıb. Bunun nəticəsidir ki, hazırda ölkədə pandemiya ilə əlaqəli epidemioloji durum sabit və qənaətbəxşdir".

**12:30

"Artıq elektron resept hazırdır, pilot şəklində bir neçə xəstəxanada və ambulator tipli məntəqələrdə tədbiqinə başlanılıb".


Senzor.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.


Onun sözlərinə görə, gələn ilin yanvar ayının 1-dən elektron resept bütün ölkə ərazisində tədbiq olunacaq:


"Bununla bağlı bu ilin dekabr ayında geniş tədbir keçiriləcək. Orada istər tibb işçiləri, istər vətəndaş, istərsə də əczaçılar üçün faydası izah olunacaq".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.