Səfirliklərimizdə çalışanların maaşı artıq yeni qaydada hesablanır.
Senzor.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Prezidentin tapşırığına əsasən səfirliklərin mühafizəsi üçün Nazirlər Kabinetində iclaslar keçirilir: “Bu sahəyə cavabdeh qurumlar bu iclasda iştirak edib. Onların qorunması məsələsi tək bizdən yox, olduqları ölkələrdən də asılıdır. Amma hökumət tərəfindən bu məsələnin vacibliyi dərk edilir və tədbirlər görüləcək. Bizim hazırda 84 nümayəndəliyimiz xaricdə fəaliyyət göstərir. Bu, kifayət qədər yüksək göstəricidir”.