Deputat Azərbaycanda Aliment Fondunun yaradılmasına qarşı çıxıb

“Övladı üçün aliment ödəməyən ata məgər dövlətə pul verəcək? Ona görə də Azərbaycanda Aliment Fondunun yaradılmasına qarşıyam”.


Senzor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.


“Biz müsəlman dövləti olduğumuzdan ailə dəyərləri yüksəkdir. Lakin ata öz uşağının pulunu vermirsə, sizcə, dövlətə pul verəcək? Elə qanun və qaydalar yaratmalıyıq ki, atanı məcbur edib pulu ödətməliyik. Niyə alimenti dövlətin boynuna qoymalıyıq?! Uşaqların anadan olması üçün ödənilən birdəfəlik müavinət məbləğinin artırılmasının tərəfdarıyam”, - deputat əlavə edib.

**

"Aliment Fondunun icra mexanizmi ilə əlaqədar beynəlxalq təcrübə təhlil edilib və rəsmi olaraq müvafiq dövlət qurumlarına təkliflər təqdim olunub".


Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.


Onun sözlərinə görə, rəhbərlik etdiyi komitəyə daxil olan müraciətlərin əksəriyyəti bununla bağlıdır: “Bu sahədə bir çox ölkənin gözəl təcrübəsi var. Heç də dövlətin büdcəsinə elə də yük düşməz, əksinə, büdcəyə gəlir gələ bilər”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.