Livanda Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidə artıq yerli gənclərin ziyarətgahına çevrilir.
Yerli media yazır ki, Kavaşra qəsəbəsində gənclər evləndiyi zaman həmin bölgədə Azərbaycan şəhidləri üçün ucaldılmış abidəni ziyarət edirlər. Bu artıq ənənə halına gətirilib. Gənclər Azərbaycan şəhidlərini öz şəhidləri kimi qəbul edir və abidənin önündə təzim edirlər.
Qeyd edək ki, xatirə abidəsi 2022-ci ilin 8 noyabr tarixində Zəfər bayramı münasibəti ilə Azərbaycan Respublikasının Livandakı Səfirliyinin sabiq müvvəqqəti işlər vəkili Şahin Pənahov tərəfindən ucaldılıb.