Baku TV-də yayımlanan “Aydın tarix” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki qonağı plastik, rekonstruktiv və estetik cərrah, uzman doktor Mahir Əliyev olub.
21 il ordu sıralarında xidmət edən həkim Vətən müharibəsi başlayan zaman özəl xəstəxanadakı fəaliyyətini dayandıraraq yaralı hərbçilərə xidmət göstərib.
O, müharibədə yaralanan və əməliyyatını həyata keçirdiyi qazilərdən danışıb: “Rza adlı yaralımız var idi. Onun ilk əməliyyatı 14 saat çəkmişdi. Rza deyirdi ki, yaralandım, özümə gəldim, əlimi üzümə aparanda gözümün altından girib ağzımdan çıxdı. O dərəcədə dramatik yaralanma idi. Belə əməliyyatlarda məqsəd mümkün olduğu qədər əvvəlki görünüşü bərpa etməkdir. Amma bir toxumanın yerinə başqasını gətiririksə, dəyişikliyin olması qaçılmazdır”.
Daha ətraflı süjetdə: