
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da rayon ərazisindəki mebel salonlarının birindən içərisində 1 500 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Kərimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.