Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən təkərin partlaması nəticəsində aldığı xəsarətlərdən həyatını itirib.
Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.