Keçmiş məcburi köçkünlərin yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir. Noyabrın 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Senzor.az bildirir ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülür.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 346 ailə, yəni 1 326 nəfərin daimi məskunlaşması təmin edilib.