Ölkəmizdə yaşayan xarici dövlətlərdən birinin vətəndaşı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət edərək, bank kartından 27 min dolların naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Zöhrab Əliyev və Orxan Qafarov saxlanılaraq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər ödənişli virtual oyunlardan istifadə edən zaman zərərçəkənin kartından istifadə ediblər. Daha sonra həmin kartda olan pul vəsaitini onlayn alış-veriş saytlarında xərcləyərək müxtəlif təyinatlı ödənişlər aparıblar. Həmin şəxslər ifadələrində etdikləri əməli etiraf ediblər.
Qeyd edilən faktla bağlı Zöhrab Əliyev və Orxan Qafarov barəsində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.