Azərbaycanlı döyüşçü Rusiyada dünya çempionu olub
foto

Azərbaycanlı idmançı Xəyal Caniyev muaytay üzrə superyarımorta çəkidə dünya çempionluğunu qazanıb.


"Report" xəbər verir ki, o, Rusiyanın Çelyabinsk şəhərindəki “Yunost” idman sarayında keçirilən turnirdə ən nüfuzlu WMC versiyası üzrə dünya çempionu adı uğrunda döyüşdə Asiya çempionu olmuş iranlı Moctaba Taravatiyə qalib gəlib.


Beş raundun hamısında əla çıxış edən “halk” ləqəbli idmançımızın ikinci raundda rəqibini nokdauna salıb. Nəticədə hakimlərin yekdil qərarı ilə qələbə Xəyal Caniyevə verilib.


Üç illik fasilədən sonra muaytay yarışında çıxış edən azərbaycanlı döyüşçü yeni çempionluğu haqqında danışıb: "Muaytay karyeramdakı fasilə, hər halda, özünü hiss etdirdi. Qarşılaşmanı vaxtından əvvəl başa vurub tamaşaçıları gözəl qalibiyyət və nokautla sevindirmək istəyirdim. Amma belə qələbəyə də sevinirəm".


Xatırladaq ki, Xəyal Caniyev bundan əvvəl MMA-da ardıcıl 3 qələbə qazanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.