Güney Azərbaycanın müxtəlif şəhərlərində kütləvi həbs dalğasının başlamasından iki aydan çox vaxt keçir.
"Azad İran" teleqrma-kanalı xəbər verir ki, bu haqsılzığa qarşı çıxan bir qrup azərbaycanlı fəal siyasi məhbusların haqlarının pozulmasına son qoyulması üçün onlara dəstək məqsədi ilə imza toplayır. Həmin qrup cəmiyyətə xüsusi bəyantala da müraciət edib.
“Bu ilin sentyabrında neçə-neçə milli-vətəndaş cəmiyyəti və siyasi fəalı həbs edilib. Təəssüf ki, İran hökuməti hələlik həbslərin səbəbinə aydınlıq gətirmir. Amma narahatlığa əsas səbəb zindanlarda onlara qarşı qanundan kənar davranışlardır.
Fəalların uzun müddət həbsdə qalması və müvəqqəti saxlanma müddətinin dəfələrlə uzadılması, habelə təcridxanada ailələri ilə telefon əlaqəsinə məhdudiyyət və qadağa qoyulması əsas problemlərdəndir”, - bəyantda deyilir.