
Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən bildirir ki, yol polisi əməkdaşları axşam saatlarında rayonun Liman şəhəri ərazisində xidmət apararkən “Opel Astra” markalı avtomobilin sürücüsü tərəfindən yol hərəkət qaydalarının pozulduğu müəyyən edilib.
Həmin şəxs polisin qanuni tələblərinə məhəl qoymayaraq təhlükəli manevrlər etməklə ərazidən uzaqlaşmağa çalışıb. Saxlanıldıqdan sonra həmin nəqliyyat vasitəsinin sürücüsü Liman şəhər sakini Murad Muradovun sərxoş olduğu müəyyən edilib.
Onun barəsində inzibati qaydada protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.