Suriyada düşərgədə saxlanılan 12 azərbaycanlı Vətənə qaytarıldı - REPATRİASİYA
Bu gün Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 12 nəfərin repatriasiyası həyata keçirilib.
 
Senzor.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
 
Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və əlaqələndirilmiş tədbirlər nəticəsində baş tutub.
 
Öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşlarımızın yeri, şəxsiyyəti müəyyən edilib, daha sonra onların Türkiyə ərazisinə keçidi təmin olunub.
 
Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri ilə təmin edilib və 24 noyabr tarixində qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası həyata keçirilib.
 
"Azərbaycan hökuməti tərəfindən sözügedən şəxslərin reabilitasiyası və reinteqrasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
 
Vətəndaşlarımızın repatriasiyası Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti əsasında həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır. Azərbaycan hökuməti öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini bundan sonra da davam etdirəcək", - nazirlikdən bildirilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.