Qadınların selektiv aborta məcbur edilməsi nə İslama, nə də bizim mədəniyyətimizə yaraşır.
Senzor.az xəbər verir ki, bunu “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, bizdə ictimai qınaq yoxdur:
"Kiminsə yanında zorakılıq baş verdiyi halda gözünü yummamalıdır. İctimai qınaq güclənsə, belə əməllərin sahibləri başa düşərlər ki, onlar qəbul edilməyəcəklər".
Hicran Hüseynova, həmçinin qeyd edib ki, zorakılıq dedikdə təkcə fiziki yox, psixoloji zorakılıq da nəzərə alınmalıdır, bundan da əziyyət çəkənlər çoxdur.