Axtarışda olan şəmkirli qardaşlar tutuldu –
BAKIDA ƏMƏLİYYAT
 Axtarışda olan Şəmkir rayon sakinləri saxlanılıb.
 
Senzor.az Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən bildirir ki, Şəmkir Rayon Polis Şöbəsi (RPŞ) və DİN-in Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə), 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 228 (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirli bilinərək axtarışda olan Şəmkir rayon Şiştəpə kənd sakinləri - Zaur, Bəylər və Zabil Aslanov qardaşları saxlanılıblar.
 
Polis əməkdaşları həmin qardaşların yerini paytaxtda müəyyən edərək Bakı şəhər Nizami Rayon Polis İdarəsinə gətiriblər. İdarədə onların üzərinə baxış keçirilən zaman, narkotik maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Hər üç şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.