Masallı Xəstəxanasının adı oğurluqda hallanan baş həkimi işdən çıxarıldı – YENİLƏNİB
VİDEO

Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin baş həkimi vəzifəsini icra edən Rasim Əzizov tutduğu vəzifədən azad edilib.
 
Senzor.az bildirir ki, faktı Masallı Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.
 
Qeyd edək ki, Rasim Əzizov 2003-cü ildən bu ilin fevral ayına kimi Masallı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu ilin fevral ayından isə həmin xəstəxananın baş həkimi vəzifəsini icra edib.
 
Rasim Əzizovun mağazalardan birindən oğurluq etməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyi görüntüləri araşdırır.
 
**17:55

Sosial şəbəkələrdə Masallı rayonunda mağazadan oğurluq edən şəxsin videogörüntüləri yayılıb. 
 
Belə ki, videoda kişinin marketdəki rəflərdən birindən məhsulu götürüb cibinə qoyduğu aydın görünür. Sosial şəbəkələrdə həmin şəxsin Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizov olduğu iddia edilir. 
 
Rasim Əzizov Baku TV-yə açıqlamasında sözügedən iddialara münasibət bildirib və haqqında yayılan məlumatların təxribat olduğunu deyib.
 
Sözügedən videogörüntülərlə bağlı Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin mağazadan Masallı Rayon Polis Şöbəsinə şikayət xarakterli müraciət daxil olmayıb: “Sosial şəbəkələrdə yayılan həmin görüntülərdən də məlumatlıyıq. Araşdırma aparılır”.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.