
Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən bildirir ki, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayon sakini Elməddin Qəribov saxlanılıb.
Onun avtomobilinə baxış keçirilən zaman marixuana aşkar edilib. Aşkar edilən narkotik vasitə ilə əlaqəli olan Ağcabədi rayon sakinləri - Müşviq İsmayılov və onun qardaşı İlham da müəyyən edilərək saxlanılıblar.
Hazırda faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.