Moskvada Həzi Aslanov adına veteranlar təşkilatı yaradıldı

Rusiya paytaxtının Qərb-İnzibati Dairəsinin (QİD) Oçakovo-Matveyevskoye rayonunun Veteranlar Şurasının binasında “İki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanov adına Böyük Qələbə Varislərinin Birliyi” veteran təşkilatının yaradılmasına həsr olunmuş tədbir keçirilib.

 

Senzor.az bildirir ki, təşkilat QİD-in Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Əli Kazımov, Moskva Müharibə Veteranları Komitəsinin İnformasiya Komissiyasının üzvü, QİD-in Azərbaycan Milli-Mədəni Muxtariyyəti sədrinin müavini İrina Silina, “Rusiyanın Əmək Şücaəti” Ümumrusiya İctimai Təşkilatının nümayəndəsi Valentina Dubinina və Hərbi-Kosmik Qüvvələrin veteranı, istefada olan polkovnik Çingiz Qafarov tərəfindən təsis edilib.

 

Tədbirdə Moskvanın Qərb-İnzibati Dairəsinin Oçakovo-Matveyevskoye rayonunun Veteranlar Şurasının sədri, kontr-admiral Sergey Streltsov, general-mayor Valentin Kurnışov, Rusiyanın Ehtiyatda olan Zabitlər İttifaqı sədrinin birinci müavini Anatoli Juravlyov, hərbi veteranlar Yaşar Cəfərov, İlqar Məmmədov və başqaları iştirak ediblər.

 

Tədbir zamanı təşkilatın 2024-cü il üçün fəaliyyət planı qəbul edilib. Təşkilatın Moskva Müharibə Veteranları Komitəsinin tərkibinə daxil olması barədə qərar qəbul olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.