Hepatit və İİV virusunun yaranmasının əsas mənbəyi stomatoloji klinikalar və gözəllik salonlarıdır.
Senzor.az xəbər verir ki, bu təkliflə Milli Məclisin komitə sədri Musa Quliyev parlamentdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.
O qeyd edib ki, stomatoloji klinikalar və gözəllik salonlarının tullantıları tibbi tullantılar siyahısına daxil edilməlidir.
M.Quliyev bildirib ki, harada iynədən istifadə olunursa və nəticədə qan çıxırsa, deməli, burada təhlükə var: “Bu günün statistikasına baxsaq, görərik ki, hepatit və İİV virusunun yaranmasının böyük mənbəyi məhz həmin yerlərdir. Tibbi tullantılarla bağlı qanunvericilik sənədində dəyişiklik təklif ediriksə, hesab edirəm ki, həmin yerlərin tullantıları da tibbi tullantılar siyahısına daxil edilə bilər”.