Şamaxıda qohumlar arasında ədavət faciə ilə nəticələnib.
DİN-in mətbuat xidmətindən Senzor.az-a verilən xəbərə görə, dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il Manafov Saday Əlismayıl oğlu 1979-cu il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlunu odlu silahla qətlə yetirib.
Sadaf Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb.
O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Saday Manafov polis əməkdaşıdır.