Əməkdar mədəniyyət işçisi, rejissor Gülçöhrə Şəfiyeva dünyasını dəyişib.
Bu barədə aparıcı Hacı Nuran Hüseynov “Instagram” səhifəsində məlumat yayıb.
G.Şəfiyeva 74 yaşında vəfat edib. Sənətkar uzun müddət idi şəkər xəstəliyindən əziyyət çəkirdi, iyun ayında bir ayağı amputasiya edilmişdi.
Dəfn mərasimi bu gün saat 12:00-da olacaq.
Qeyd edək ki, G.Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. Uzun illər Mədəniyyət Nazirliyinin Mərkəzi Aparatında müxtəlif vəzifələrdə çalışıb. 1994-cü ildən Heydər Əliyev Sarayının baş rejissoru olub. 2018-ci ildə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdü.
Allah rəhmət eləsin!