Xəbər verdiyimiz kimi, dekabrın 23-də saat 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Bayramov Qəhrəman İlyas oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olmuşdu.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Senzor.az-a bildirilmişdi ki, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Q.Bayramovun oğlu, 2008-ci il təvəllüdlü yeniyetmə saxlanılıb.
Artıq atasını qətlə yetirməkdə şübhəli bilinən yeniyetmə Cavid Bayramovun törətdiyi qətlin təfərrüatı məlum olub.
Belə ki, hadisə şahidi olan qonşu Adil Qarakişiyev bildirib ki, Cavidin ailəsi ilə problemi olmayıb. Onu tərbiyəli şəxs kimi tanıyıblar.
Mərhumun bacısı Zəminə Bayramovanın sözlərinə görə isə, qardaşını balta ilə öldürdükdən sonra meyitini rayon ərazisindəki Mazımçaya atıblar.
Qeyd edək ki, mərhum Qəhrəman Bayramov bir neçə gün öncə həbsxanadan çıxıbmış.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində: