Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində meşə dolayının yaxınlığında silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Senzor.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan “AK-74” markalı 1 avtomat və 30 patron aşkarlanaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.