Özünü yandıran vəkilin dostu: “Müstəntiqlə görüşəcəyini, olmasa özünü öldürəcəyini dedi...”

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda vəkil  Zaur Məmmədov özünü yandıraraq öldürüb. 

 

“Qafqazinfo” xəbər verir ki, vəkilin dostu Aşur Bədəlsoy Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım edib. O bildirib ki, sonuncu dəfə Zaur Məmmədovla cümə günü “whatsApp”   vasitəsilə danışıblar: “Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biri idi. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10 000 manat pul verdiyini dedi. İşin həll olunmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi...”. 

 

Aşur Bədəlsoy bildirib ki, vəkil ona işin sahibinin onu tutdurmaq üçüb prokurorluğa şikayət edəcəyini də deyib: “Zaur müəllim də çarə tapmadığını və özünü yandıracağını dedi. Səhəri gün də müstəntiqlə görüşəcəyini, olmasa özünü öldürəcəyini dedi. Zarafat etdiyini düşündüm. Həll olunacağını, səbirli olmağını dedim. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum... Xəbəri yayıldı...”

 

Qeyd edək ki, faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.