Şabran rayonunun Günəşli kəndində intihar hadisəsi olub.
“Report”un məlumatına görə, kənd sakini 1968-ci il təvəllüdlü Telman Dövlət oğlu Nadirov özünə qəsd edib.
Yevlaxın Quşçu kəndində isə 16 yaşlı oğlan intihar edib.
Kənd sakini, 2008-ci il təvəllüdlü M.Əlizadə yaşadığı evdə asılı vəziyyətdə tapılıb.
Onun meyiti rayonun Mərkəzi Xəstəxanasının morquna yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.