Yazıçı Çingiz Hüseynov İsraildə dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Çingiz Hüseynov İsraildə dəfn olunacaq.


Bu barədə APA-ya yazıçının həyat yoldaşı Yelena Tverdislova məlumat verib.


Onun sözlərinə görə, Çingiz Hüseynov sabah yerli vaxtla saat 10-da Ben Qior qəbiristanlığında dəfn ediləcək.


Qeyd edək ki, uzun müddətdir, İsraildə yaşayan yazıçı Çingiz Hüseynov bu gecə 94 yaşında vəfat edib.


**01:42


Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, Yazıçılar İttifaqın üzvü, yazıçı Çingiz Hüseynov vəfat edib.

 

Senzor.az bildirir ki, bu barədə onun oğlu Həsən Hüseynov sosial şəbəkə hesabında məlumat paylaşıb.

 

O bildirib ki, atası ilə sonuncu dəfə bir neçə saat əvvəl danışıblar.

 

Qeyd edək ki, Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub. Yazıçının bir neçə aydan sonra 95 yaşı tamam olacaqdı.

 

Ç.Hüseynov həm də tənqidçi, ədəbiyyatşünas və tərcüməçi idi. O, əsərlərini iki dildə - Azərbaycan və rus dillərində yazırdı. 

 

Ç.Hüseynov bir çox əsərlərin, o cümlədən altı romanın müəllifidir. “Fətəli Fətəli” tarixi romanı Azərbaycan maarifçisi Mirzə Fətəli Axundovun həyatından bəhs edir. “Doktor N” romanı XX əsrin əvvəllərində Rusiyada və Qafqazda baş verən hadisələri əhatə edir. “Quran” Ç. Hüseynov tərəfindən yeni redaksiyada (“Quran surələri, Peyğəmbərə nazil edildiyi kimi düzülmüşdür”) nəşr edilib.

 

Onu da qeyd edək ki, Ç.Hüseynov uzun illərdi İsraildə yaşayırdı.

 

Onun ədəbi irsi Bremendə Şərqi Avropa İnstitutunun Arxivində saxlanılır.

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.