
Bu barədə axar.az-a danışan “Hakimiyyət” qəzetinin baş redaktoru Füzuli Əfqanoğlu bildirib ki, həmin görüntülər gerçəkdir.
Onun sözlərinə görə, mətbuatda yayılan xəbərlərin bəzi qismində yanlışlıq var. Sözügedən görüntülər 1993-cü ilin noyabr ayında deyil, aprel ayının əvvəllərində çəkilib. Məkan isə İraqın Kərbala şəhərində yerləşən “İmam Hüseyn” türbəsidir.
Füzuli Əfqanoğlu Səddam Hüseynlə Jirinovskinin həmin görüşündə iştirak edən 3 azərbaycanlıdan biridir.
Jurnalistin sayta açıqlamasını təqdim edirik: